Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

20 il sonra videosu yayılan azərbaycanlı əsirlərin adları açıqlandı - VİDEO

Bir müddət öncə videosu yayılmış erməni əsirliyindəki azərbaycanlılar haqqında yeni sənədlər yayılıb.

Simsar.az xəbər verir ki, yeni sənədlər Feysbukda “Qarabağ Var Pikçers” səhifəsində yerləşdirilib.

Səhifə rəhbərləri sənədlərdə “Müqəddəs Gevorq” xeyriyyə təşkilatı üzvlərinin azərbaycanlı əsirləri ziyarət etdiyini yazıb:

“Hər iki sənəd Gümrü qarnizonunun hərbi polis bölməsinə aiddir və "Müqəddəs Gevorq" xeyriyyə təşkilatının azərbaycanlı əsirləri ziyarət etməsi ilə bağlıdır. Dəqiq adların göstərilməsi baxımından, düşünürəm ki, ikinci, yəni Ermənistanın gerbi əks olunmuş sənəd (arayış) maraqlı ola bilər. Sənəddə deyilir: "Verilir ondan ötrü ki, Gümrü qarnizonunun hərbi polis bölməsinin həbsxanasında olan əsirlər İdris Enqels oğlu Axmedov 1994-cü ilin sentyabr ayında Gümrü Gülpenkyan adına hospitalda əməliyyat olunmuş və Rasim Ayur oğlu Mahmedov ______dispanserində müalicə almışdır. Müalicə müddətində "Müqəddəs Gevorq" xeyriyyə ittifaqının üzvləri bir dəfə onları ziyarət etmişlər”.

Yeni yayılmış sənədlərdə həmçinin əsir düşmüş azərbaycanlılardan ikisinin adı əks olunub:

“Sənəddə İdris Enqels oğlu Axmedov və Rasim Ayur oğlu Mahmedov adlı əsirlərin adları çəkilir. Sonuncunun ata adının nə dərəcədə düzgün yazıldığından əmin deyiləm. Soyadının hazırkı yazılışı, güman ki, ermənicədə səsləndiyi kimi yazılması ilə əlaqəlidir. Digər sənəddə adı qeyd olunan təşkilatın azərbaycanlı əsirlərə göstərmiş olduğu "xeyirxah və insani münasibət"ə görə təşkilatın müdirəsi S.Yegiazaryana Gümrü qarnizonunun hərbi polis bölməsi adından minnətdarlıq ifadə olunur”.

Əsirlərimizin 20 ildən sonra yayılmış videolarını bir daha təqdim edirik.






31 Oktyabr, 2014  11:33 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner