Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tələbələrə 71 dövlət orqanında vakant yerlər ayrıldı

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyev gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistrları ilə görüş keçirib.

Simsar.az-ın məlumatına görə, görüşdə tələbələr komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğu sahəsində aparılan islahatlar, qəbulla bağlı tətbiq olunan yeniliklərlə tanış olaraq, qəbul qaydaları, qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırılıblar. Keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarda ADİU-nun tələbə və məzunlarının qəbul və işədüzəlmə prosesində üstünlük təşkil etdikləri bildirilib. Bu il də ADİU-ya 71 dövlət orqanı üzrə 864 vakant yer ayrılıb.

Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıb.

Aysel







31 Oktyabr, 2014  11:07 Baxılıb: 776 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner