Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Noyabrın havası - PROQNOZ

Noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsada, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir.

Bu barədə Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 11-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6° isti, bəzi günlərdə 0-3° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5° isti, bəzi günlərdə 2-7° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti təşkil edəcək. Gündüzlər 10-15° isti, bəzi günlərdə 3-8° isti gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6° isti, bəzi günlərdə 1-6° şaxta təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 1-6° isti gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 10-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti, bəzi günlərdə 0-4° isti təşkil edəcək.Gündüzlər 12-17° isti, bəzi günlərdə 4-9° isti gözlənilir.

Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 8-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti, bəzi günlərdə dağlarda 3-8° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 4-9° isti olacaq.

 






31 Oktyabr, 2014  11:08 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner