Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Doğuş Türkiyəyə arvadı icazə versə gələ biləcək” - VİDEO

Günlərdir  Azərbaycan ictimaiyyətinin və mediasının gündəminə çevirilən Xoşqədəm Hidayətqızı və Doğuş evliliyi Türkiyə mediasında da müzakirə edilib. Türkiyənin “Kanal Türk” televiziya kanalında yayımlanan,  Müge Dağıstanlı və Gülşən Yükselin apardığı “2-ci səhifə” verilişində Doğuş və Xoşqədəm Hidayətqızını evlilik məsələsi müzakirə olunub.

Doğuşun Türkiyədə mütəmadi olaraq şəxsi həyatı ilə gündəmə gəldiyini, şəxsi qalmaqlları, evlilikləri, həyatındakı qadınlarla maqazin proqramlarını bəzədiyini bildirən aparıcı Mügə Dağıstanlı bildirib ki: “Bir il əvvəl mənə desəydilər Doğuş kanalların birində çıxıb, “şəxsi həyatımla gündəmə gəlmək, ailə həyatımla  bağlı danışmaq istəmirəm” deyəcək, kabus deyib oyanardım. Xoşqədəm xanım Doğuşu əməlli başlı “yola” gətirib. Bəlli olur ki, Xoşqədəm xanım evlilikdə çox dominanatdır və hər zaman onun sözü keçəcək. Xanımın artıq qoyduğu qaydalar da bəllidir; birincisi, Doğuş Türkiyəyə ancaq arvadı  icazə verərsə gələ biləcək, ikincisi şəxsi həyatı ilə bağlı bir kəlimə də danışa bilməyəcək. Bütün bunlar Doğuşu Doğuş olmaqdan çıxaracaq. Bir də gördüyümüz qədəriylə  gəlin xanım Doğuşdan 7-8 yaş böyükdür”.

“Xoşqədəm xanım Doğuşu təqvimə bağlayıb”

Verilişdə Doğuşun Azərbaycanda, yoxsa Türkiyədə yaşayacağı da müzakirə olunub: “Xoşqədəm xanımdan soruşurlar ki, orda yaşayacaqsınız, yoxsa Türkiyədə. Cavab verib ki: “Əlbətdəki mən vətənimdə olacam” . Bəs Doğuş necə olacaq?

Xanım əfəndi Doğuşu rəsmən təqvimə bağladı. Yay, payız, qış və yazda, ancaq həftədə bir dəfə Türkiyəyə gəlib tez də qayıdacaq”.

“Doğuş niyə Azərbaycanda evləndi?”

Doğuşun öz ölkəsində bir çox heyranları, sevənləri varkən evlənmək üçün məhz Azərbaycanı seçməsinə bir qədər şübhə ilə yanaşan aparıcı bunları söylədi: “Bəlkə də Doğuş Xoşqədəm xanımın öz ölkəsindəki şöhrətində, gücündən təsirlənib. Bir də bizim tanıdığımız Doğuş bu deyil. Xanımın davranışlarından çıxan nəticə budur ki, bir gün Doğuş Türkiyədə hansısa verilişə qatılmaq üçün Xoşqədəm xanımdan imzalı kağız alacaq. Xoşqədəm xanım da oturub araşdıracaq, köhnə lent yazılarını izləyəcək və ona görə icazə verəcək. Xoşqədəm xanımın işi bu anlamda çox çətindir. Bir şöhrətlə evləndiyin zaman “mən maqazini sevmirəm” demək mümkünsüzdür, hələ Doğuş kimi insanla bu heç mümkün deyil. Doğuş bəlkə Türkiyəyə gələndə qurd kəsiləcək, amma gördüyümüz mənzərə onun  Azərbaycanda bir quzu olduğunu göstərir”.

Günel






31 Oktyabr, 2014  10:41 Baxılıb: 4014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner