Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Cadular bayramı - “Halloween” - FOTOLAR

Dünyanın bir çox ölkəsində 31 Oktyabr “Ölülər və ya Cadugərlər Bayramı” (Halloween) olaraq qeyd edilir. Hallovin qədim İrlandiyanın və Şotlandiyanın mədəniyyətə aiddir. Qədim bayramlardan olan Hallovin kostyumlar, trik-or-tritinq (trick-or-treating) və ya naxışlı balqabaqlar üçün bayram kimi qeyd olunmağa başlayıb. Bu bayram müxtəlif dini və mədəni ənənələrin elementlərini özündə daşıyır. Hallovin katoliklərin müqəddəs ənənəsi olan “bütün yadigarların ərəfəsində” birləşməsinin ixtisarıdır. Beləliklə bu gündən əvvəlki bir gecə “All hallow Eve” yəni bütün əzizlərin gecəsi müəyyən zaman içində Hallovinə çevrilərək “Cadugərlər Bayramı” adı altında qeyd olunmaqdadır.

Qədim ölü ruhların mərasimi olan Seltik olmasaydı Hallovin bu gün olduğu kimi olmazdı. Qeyd edim ki, ingilisdilli ölkələrdə qeyd olunan bu qədim bayram rəsmi bayram statusu almayıb.

Yarandığı gündən dünyanın bir çox ölkəsində müxtəlif cür qeyd olunur Hallovin.

Katolik ölkələrdə isə “Əzizlər və Ruhlar Günü” olaraq qeyd olunan bu günün Meksikada heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri vardır. 31 oktyabr gecəsi başlayan və Meksikada “Ölülər Bayramı” olaraq qeyd olunan bu bayram, tam 3 gün davam edir və ölkənin ən əhəmiyyətli bayramı kimi qeyd olunur. Bu çox xüsusi 3 gün - 31 Oktyabr gecəsi mələklərə çevrildiyi düşünülən körpə və uşaq ölülərin evlərini ziyarət etmələriylə başlar. 1 Noyabrda isə yetkin ölülər evlərinə dönərlər və onlar üçün hər bir meksikalı ailə, öz boyu və kisəsinə görə yeməklər hazırlayıb, süfrələr bəzəyərlər. Ailəcə yeyilən yeməklərdən sonra 2 Noyabra qədər bütün bu sevilən və darıxılan ölülər yavaş-yavaş gəldikləri yerə dönərlər.

20-ci əsrin sonlarından etibarən bu bayramın qeyd edilməsi Qərb ölkələri, MDB və Şərqi Avropaya da yayıldı. Son zamanlar isə Rusiyada da qeyd olunmağa başlasa da, birmənalı bayram sayılmır. Rusiyada din rəhbərləri tərəfindən bu bayram “qanunsuz” hesab edilir.

Bu bayramda hər kəs qara qüvvələri əks etdirən kostyumlar geyinir və masqaradlar təşkil edirlər. Bayramın dəyişməz simvolu balqabaq başıdır. Balqabaq məhsul yığımının bitməsini, qəddar ruh və alovu rəmzləşdirir.

Sara Rüstəmova

 






31 Oktyabr, 2014  10:33 Baxılıb: 2349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner