Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Evlərə yeni vergi gəlir - ŞOK

Son vaxtlar sakinləri bir məsələ daha çox narahat edir - ev pulunu kimə verim. “Ev pulu” adı ilə 2 dövlət orqanı mənzil sahiblərindən pul tələb edir. Onlardan biri illərdir ev pulunun ödənildiyi Mənzil İstismar Sahələri, digəri isə yeni meydana cıxmış bələdiyyədir.

Bələdiyyənin bu pulu tələb etməsi nə dərəcədə düzgündür? Ev pulunu hansı orqana ödəmək lazımdır?

İqtisadçı Rövşən Ağayev Simsar.aAz-a açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 2000-ci ildə qəbul olunmuş 40 saylı qərarına əsasən, mənzil haqqı çoxmərtəbəli sovet evlərindən alınır.

Onun sözlərinə görə, ictimai mənzil fondu deyilən anlayış var, sovet dövründəki çoxmənzilli binalara şamil edilir. Mənzil fondunu köhnə sovet dövründə inşa olunmuş binalardan ala bilərlər. Bunun üçün hər kvadratmet üçün illik 2 qəpik ödəlimlədir. Bu mənzil haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə MİS-lərə çatmalıdır. Ekspertin fikrincə, bir də əmlak vergisi var, bu da Vergilər Məcəlləsinin 198-ci maddəsinə əsaslanaraq tutulur və bələdiyyələrə ödənilməlidir:

“Bu iki ödənişi qarışdırmaq olmaz. Əmlak vergisini bələdiyyələr tutmalıdır və həyət evi, çoxmərtəbəli mənzil olmasından asılı olmayaraq, fiziki şəxslərə aid olan bütün daşınmaz əmlak üçün vergi bələdiyyələrə ödənilir. Gələn il yanvarın 1-dən yeni qaydalar qüvvəyə minir. Vergilər Məcəlləsinə dəyişiklik olub və artıq hər kvardratmetr üçün vergi hesablanacaq. Köhnə qaydalar o qədər də təkmil deyildi. Bu məbləğ normativ dəyərə görə tutulmalıdır, bir çox evlərdə bu normativ dəyər yoxdur”.

R.Ağayev qeyd etdi ki, hazırda qüvvədə olan, ömrünə cəmi iki ay qalmış qaydalara görə, bələdiyyələrə ödəniləcək əmlak vergisi evin inventar dəyəri reystr xidməti tərəfindən müəyyən edilmiş, çıxarışı olan evlər və mənzilər üçündür. Əgər evin dəyəri məlumdursa, əmlakın 5000 manatına qədər məbləğə vergi tutulmur, ondan yuxarı sahə üçün isə vergi alınır. Bunun üçün illik 0,1 faizi müəyyənləşdirilir. Ancaq çıxarışı olmayan evlərdən bələdiyyə heç bir ödəniş tələb edə bilməz. İnventar dəyər yalnız çıxarış veriləndə müəyyən olunur. Məsələn, 35 min manat dəyərindən evi olan şəxs, illik 25 manat vergi ödəməlidir.

İqtisadçı iki ay sonra qüvvəyə minəcək yeni qaydalara da aydınlıq gətrdi: “Yeni qaydalarla kənd yerləri, rayon mərkəzləri və Bakı şəhərində ödəniləcək əmlak vergisi fərqli olacaq. Hər bir ev üçün kənddən və Bakı şəhəri üçün 10-40 qəpik arası müəyyənləşdiriləcək. Yeni qaydalara görə, mənzilin 30 kvadratmetrə qədərinə vergi tutulmayacaq. Vergi hesablanarkən mənzilin ümumi sahəsindən 30 kvadratmetr çıxılacaq və yerdə qalan sahəni kənd yeridirsə 10, Bakı şəhəridirsə minimum 40 qəpiyə vuraraq əmlak vergisi tutulacaq. Bakı şəhərlər arasında yeganə istisnadır ki, baza vergi məbləğinə 1/7 əmsal tətbiq olunmaq ixtiyarı verilib. Məsələn, 40 qəpiyə qarşı 68 qəpik tətbiq edilə bilər”.

Bir sözlə, yeni qaydalardan sonra bütün mənzillər vergi ödəyəcək. Bələdiyyələrə büdcələrini, eyni zamanda insanlar qarşısında etimadını artırmaq üçün yaxşı imkan düşüb. Normal bələdiyyə olarsa, insanlar ödədiyi vergi üçün sevinməlidir, çünki bu və ya digər formada onun xeyrini görəcək. Əks halda isə...

Mövzuya qayıdacağıq...






31 Oktyabr, 2014  09:37 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner