Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident “Büdcə sistemi haqqında” fərman imzaladı

Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin

32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 605; 2004, N 12, maddə 1014; 2009, N 7, maddə 527; 2010, N 2, maddə 77; 2014, N 8, maddə 974) 2-ci hissəsinin beşinci abzasında “və 19.6-cı” sözləri “, 19.6-cı və 32.2.2-ci (üçüncü halda)” sözləri ilə əvəz edilsin və altıncı abzasına “27.5-ci (birinci halda),” sözlərindən sonra “32.2.2-ci (birinci və ikinci hallarda),” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2014-cü il.







30 Oktyabr, 2014  19:04 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner