Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir Qətərin Azərbaycanda səfiri ilə görüşüb

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səlahiyyət müddəti başa çatan Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini qəbul edib.

Simsar.az xəbər verir ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səfir Mübarək bin Fəhd Əl-Taninin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu qeyd edib, gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tani qəbula görə təşəkkür etmiş, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.







30 Oktyabr, 2014  19:01 Baxılıb: 771 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner