Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gənclər Forumu başa çatdı - Bəyannamə qəbul olundu

Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forum yekunlaşıb.

Simsar.az xəbər gerir ki, Forumun son günü sessiyalar keçirilib.

Regional sessiyalarda Afrika, Ərəbistan, Qərbi Asiya, Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrindən gənclər siyasəti, o cümlədən inkişafı ilə bağlı görülmüş işlərlə bağlı müzakirələr keçirilib. Eyni zamanda ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Sonra sessiyaların moderatorları müzakirələrlə bağlı hesabat veriblər.

Sonra BMT-nin Baş Katibinin 2015-ci ildən sonrakı inkişaf planı üzrə xüsusi məsləhətçisi Əminə Muhammadin Forum iştirakçılarına video müraciəti nümayiş etdirilib.

Çıxış edən Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah forumun dünya gəncliyinin inkişafına yeni təkan verəcəyini söyləyib.

O bildirib ki, bu Forum təkcə Bakı Bəyannaməsi qəbulu ilə yadda qalmayacaq. Çünki burada çox mühüm müzakirələr keçirilib: “Biz gənclərlə daha yaxın olmalıyıq. Onların nə istədiyini diqqətdə saxlamalıyıq. Düşünürəm ki, Forum məqsədlərimizə öz töhfəsini verəcək”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məruzə ilə çıxış edərək bildirib ki, Form gənclərə informasiya təcrübəsi verib və maraqlı məqamlarla yadda qalıb: “Biz keçmişə və gələcəyə baxdıq. Bu günü müzakirə etdik, inkişafdan danışdıq. İnkişafda çətinliklər də var. Amma əfsuslar olsun ki, bu gün dini cəryanlara qoşulan gənclərimiz də mövcuddur. Hər şeyin əvvəlində təhsil və təcrübə mübadiləsi dayanır. Bizim üçün ən önəmli məqamlardan biri keyfiyyətli təhsidir. Azərbaycan coğrafi baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizi digər ölkələrin gəncləri ilə daim əlaqədə olmasını və yaxşı təcrübə qazanmalarını istəyirik”.

Nazir həmçinin bildirib ki, Azərbaycan dünyada baş verən proseslərə çiddi şəkildə yanaşan ölkələrdən biridir: “Əminəm ki, bu form tarix yazdı. Ən maraqlı məqamlardan biri ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Ebola” ilə mübarizədə əziyyət çəkən ölkələr üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar vəsaitin köçürülməsi ilə bağlı verilən qərardır".

Sonda Gənclər Siyasəti üzrə I Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul olunub.


Hüseyn İbadlı








30 Oktyabr, 2014  18:50 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner