Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

I Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb

“İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb

Simsar.az xəbər verir ki, bu gün Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb.

İki gün davam edəcək konfransda ümumilikdə 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak edirlər.

Tədbiri Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev çıxış niqti ilə açaraq dünyada makroiqtisadi siyasət sahəsində son meyllər barədə təqdimat edib.

Konfransda Prof. Joshua Aizenman (ABŞ-ın Kaliforniya Universiteti) və Prof. Refet Gürkaynak (Türkiyənin Bilkent Universiteti) tərəfindən günün məruzələri edilib. Daha sonra sessiyalar üzrə post-böhran dövründə qlobal tarazlığın bərpası və makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə monetar siyasət çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsi kimi məsələlər ətrafında təqdimatlar edilmiş və müzakirələr aparılıb.

 

 

 

 

 

 






30 Oktyabr, 2014  18:29 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner