Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ağır qəza törətmiş sürücünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun məhkəməsi başlayıb.

Simsar.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Qeyd edək ki, F. Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

 

 






30 Oktyabr, 2014  16:31 Baxılıb: 687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner