Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Danışılmış oyuna prezidentdən REAKSİYA

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasını şərh edib.

R.Musayev Sportnet.az-a bildirib ki, Onilenin belə bir iddia ilə çıxış etməsi absurddur.

Onun fikrincə, "Turan" - "Neftçi" matçı həqiqətən də danışılmış idisə, moldovalı hücumçu elə həmin vaxt da deyə bilərdi. Lakin PFL prezidenti keçirdikləri çempionatı nüfuzdan salmağa cəhd edən futbolçuya qarşı heç bir tədbir görməyəcəklərini söyləyib:

"Biz nə futbolçuya qarşı, nə də həmin oyunla bağlı araşdırma aparacağıq. Həmin oyunda 30-dək futbolçu çıxış edib. Nə oldu, heç biri demədi ki, danışılmış oyundu, bircə bu dedi? Bir neçə il öncə "Qarabağ" da "Neftçi"ni ilk yarıda 2:0 hesabı ilə udurdu, amma fasilədən sonra 3 qol buraxdı. Yəni, futbolda belə hallar olur. "Neftçi" də "Turan"a 0:2 hesabı ilə yenildiyi qarşılaşmanın fasiləsindən sonra 3 qolla qələbəyə nail olursa, hansı danışılmış oyundan söhbət gedə bilər? Onilenin 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır".

Qeyd edək ki, "Turan"ın sabiq futbolçusu Valeri Onile "moldfootball.com"a müsahibəsində "Turan"ın 2009-cu il dekabrın 5-də keçirilmiş oyunda "Neftçi"yə qəsdən uduzduğunu nəql edib.






30 Oktyabr, 2014  14:31 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner