Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

814 işsizə iş verildi - NAZİRLİK

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Simsar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Həmin şəxslərin 172  nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 191 nəfərini əlillər, 172 nəfərini qaçqın və məcburi köçkünlər, 148 nəfərini 20 yaşadək gənclər, 32 nəfərini müharibə veteranları təşkil edib. Həmçinin şəhid ailəsi üzvləri olan 20 nəfər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 19 nəfər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən 22 nəfər, pensiya yaşına 2 ildən az qalmış 38 nəfər şəxs də kvota üzrə iş yerləri ilə təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi  Qaydası»na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi,  100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir.

Məlumat üçün bildirək ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən məşğulluğu təmin edilən vətəndaşların ümumi sayı 22700 nəfər təşkil edib.

Vüsal Qarayev







30 Oktyabr, 2014  13:58 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner