Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

O ikinci dəfə palçığa batmır, bizsə sallaşmağa davam edirik – FOTOLAR

Azərbaycanda cəmiyyətdə baş verən proseslərə aid çoxlu sayda məsəllər var. “Eşşək batdığı palçığa bir də batmaz”, “Baş daşdan-daşa dəyəndən sonra ağıl başa gəlir”, “Uşaq yıxıla-yıxıla öyrənir” və sairə...

Palçığa da batdıq, lakin ağlımız olmadı ki, yenidən o palçığa girməyək. Başımız daşdan-daşa çox dəydi, çox qanımız axdı, amma yenə də harda olduğu məlum olmayan ağlımız başımıza gəlmədi. Çox yıxıldıq, çox əzildik, amma böyümədik ki, böyümədik.

Avtobus qəzaları ən yaralı yerlərimizdəndir. Bu qəzalar çox anaların gözün yaşlı, çox övladları valideyinsiz qoydu, çox ürəkləri dağladı. Ən dəhşəlisi isə odur ki, bu qəzalar taleyin qara yazısından daha çox, insanların səhlənkarlığının, səhvlərindən nəticə çıxarmamalarının, Nəqliyyat Nazirliyinin öz vəzifəsini yerinə yetirməməsinin nəticəsində baş verir.

Mediada tez-tez sürücülərin avtobusa artıq sərnişin götürməsi məsələsi gündəmə gətirilir. Avtobusdan sallaşıb gedən sərnişinlərin yıxılıb ölməsi hadisəsinə də dəfələrlə rast gəlirik. Amma nə fayda, Nəqliyyat Nazirliyi ölənlə ölünməz deyib, heç bir köklü tədbir görməməyə davam edir. Və hər gün avtobuslardan sallaşıb, ölümlə üz-üzə dayanan sərnişinlərlə rastlaşırıq.

Maraqlıdır, neçə insan ölməlidir ki, Nəqliyyat Nazirliyi nəhayət hərəkətə keçsin, avtobusları sərnişinlərin sayına uyğunlaşdırsın, nazirliyin əməkdaşları vəzifələrini yerinə yetirib qanunlara riayət eləsinlər?!

Bəli, bu gün Nəqliyyat Nazirliyi bütün bunları etmir, bəs maraqlıdır, digər dövlət qurumları hara baxır, niyə susur? Dövlət niyə Nəqliyyat Nazirliyindən düzgün işləməyi tələb etmir?.

Üzümü Nəqliyyat Nazirliyinə tutub deyirəm, dəfələrlə batdığımız palçığa, bir daha batmayaq. Axı biz insanıq...

Vüsal Qarayev






29 Oktyabr, 2014  10:46 Baxılıb: 1374 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner