Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bahalaşma təsdiqini tapdı

Martda qiymətlər 1,1 faiz artıb

Milli.Az xəbər portalının Dövlət Statistika Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,3 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz ucuzlaşıb. Ötən ay ərzaq məhsullarından buğda ununun, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, xamanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiyməti bahalaşıb. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu, əsasən qarabaşaq yarmasının, çörəyin, toyuq və toyuq budunun, pasterizə olunmamış üzlü südün, yağlı kəsmiyin, yumurtanın qiymətlərində qeydə alınıb. 

Bahar mövsümünün gəlişi ilə əlaqədar qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan əlavə inşaat materiallarından pəncərə şüşəsinin, kəsilmiş taxtaların, sementin, məişət avadanlıqlarından paltaryuyan maşınların, qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından nitro və sulu boyaların, divar üçün kağızların, parket üçün lakın, ağac yonqar və lifli lövhələrin, mebellərdən mətbəx üçün masa və kətilin, qonaq və yemək otaqları üçün mebel dəstinin qiymətləri bahalaşıb.

Mart ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.






14 Aprel, 2011  20:50 Baxılıb: 1439 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner