Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dövlət qurumunda ciddi nöqsanlar

Hesablama Palatası qərar qəbul edib

Azərbaycan Hesablama Palatasının 2010-cu il üçün İş Planına uyğun olaraq dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə «Bakıelektrikşəbəkə» ASC-yə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına ayrılan vəsaitlərin istifadəsi üzrə audit keçirilib.

Hesablama Palatasının mətbuat xitmətindən simsar.az -a daxil olan məlumatına görə, Hesablama Palatanın illik hesabatına əsasən, keçirilən audit nəticəsində xüsusi razılıq (lisenziya) olmadan ASC tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, əksər obyektlərin ehtimal olunan dəyərinin qüvvədə olan metodiki göstərişlərə uyğun müəyyən edilməməsi, ayrılmış vəsaitlər hesabına görüləcək işlərin layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, dövlət büdcəsi vəsaiti hesabına keçirilən satınalmalar zamanı bir sıra obyektlər üzrə tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil edilməməsi, satınalmaların müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan təkliflər sorğusu metodu ilə həyata keçirilməsi, bəzi malgöndərənlər üzrə satınalma prosedurları keçirilən zaman ixtisas uyğunluğu, malgöndərənlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, etibarlılığının olmasının müəyyən edilməməsi, vergi və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklər barədə sənədlərin alınmaması halları aşkar edilib.

Hesabatda göstərilir ki, həmçinin satınalmaların qalibləri satınalma müqavilələrinin yerinə yetirilməsi təminatını təqdim etməyib, tenderin əsas şərtlər toplusunda və yekun protokolunda avans ödənişi və onun zəmanət məbləği nəzərdə tutulmadığı halda bağlanılmış müqavilələrə avans ödənişləri şərti daxil edilib, xüsusi razılıq (lisenziya) olmayan bir sıra podratçı təşkilatlarla satınalma müqaviləsi bağlanmaqla tikinti-quraşdırma və əsaslı təmir işlərinə vəsait ödənilib, paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması işlərinə ayrılmış vəsait hesabına tədarük edilən xarici və yerli istehsal olan avadanlıq və materialların (həm də bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş) uyğunluq, mənşə və keyfiyyət sertifikatı olmayıb, debitor borcların yaranmasına şərait yaradılıb, tikintisi başa çatdırılmış obyektlər balansa qəbul edilərək istismar olunsa da, İşçi və Dövlət Qəbul komissiyaları tərəfindən qəbul edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, «Bakıelektrikşəbəkə» ASC tərəfindən dövlət əmlakından və dövlət maliyyə resurslarından məhsuldar istifadə olunması, vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və şəffaflığın daha da artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, audit aktında qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Kollegiya qərarına əsasən, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə «Bakıelektrikşəbəkə» ASC-yə təqdimat göndərilib.






14 Aprel, 2011  20:34 Baxılıb: 1542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16