Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ASB Bankın kredit portfeli 53 faiz artıb

Xalis mənfəəti 0,5 mln. manat təşkil edib 

«Azərbaycan Sənaye Bankı» ASC-nin ötən ilin 1 aprel tarixi ilə müqayisədə aktivlərinin həcmi 78% artaraq 189,4 mln. manat təşkil edib.
Hesabat ilində bankın kredit portfeli 53% artaraq 97,8 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 97% artaraq 57,8 mln. manat, depozit portfeli 132% artaraq 131,1 mln. manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı 41% artaraq 31.723 nəfərə, plastik kartlarının sayı isə 58% artaraq 18.744 ədədə çatıb.
Ötən il bankın cəmi gəlirləri 26% artaraq 3,6 mln. manat, cəmi xərcləri 7% artaraq 3,1 mln. manat olub. Nəticədə, bankın xalis mənfəəti 0,5 mln. manat təşkil edib.
Bu müddət ərzində bankın məcmu kapitalı 8% artaraq 26,8 mln. manata, o cümlədən nizamnamə kapitalı 9% artaraq 24,0 mln. manata çatıb.
Hesabat ilində bank tərəfindən əlavə 10 bankomat və 41 POS-terminal quraşdırılıb.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 8 filialı, 32 bankomatı və 299 POS-terminalı fəaliyyət göstərir.






14 Aprel, 2011  20:34 Baxılıb: 1587 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


sagbanner