Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Alla Puqaçovanın nəvəsi "Allahu-Əkbər" deyib silaha sarıldı VİDEO

Alla Puqaçovanın nəvəsi, Kristina Arbakaytenin oğlu Deni Baysarov Çeçenstandakı hərbi məktəbə(Kadetskiy korpus) daxil olub.

Simsar.az “AzerFax”-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov özünün İnstagram səhifəsində yazıb. Prezidentin sözlərinə görə, Deni Baysarov hərbçi olmaq barədə qərar verib. R.Kadırov iddia edib ki, Puqaçovanın nəvəsinin Çeçenstanda hərbi təhsil almağa gəlməsi Deninin şəxsi iradəsinə söykənir:  “Deni kadet olmaq qərarına gəlib və mən də bunu müsbət qarşıladım. Onun atası Ruslan Baysarov mənim ən yaxın dostum, qardaşımdır. Deni mənim qardaşım oğlu hesab olunur. Onu hərbi məktəbə özüm apardım. Kursantlar Denini isti qarşıladılar. Deni də öz növbəsində hərbi işi mükəmməl öyrənəcəyinə söz verdi”.

R.Kadırovun yaydığı videoda Alla Puqaçovanın nəvəsinin "Allahu-Əkbər" deməsi də diqqət çəkir.

Qeyd edək ki, Deni Baysarov Kristina Arbakayte ilə milliyətçə çeçen olan rusiyalı iş adamı Ruslan Baysarovun qeyri-rəsmi nikahından dünyaya gəlib. Uşağa görə Kristina ilə iş adamı arasında dəfələrlə mübahisələr yaranıb. Hətta bir müddət əvvəl K.Arbakayte oğlunun R.Baysarov tərəfindən oğurlandığını da iddia edirdi.

 






27 Oktyabr, 2014  11:15 Baxılıb: 2737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner