Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Dəhşət: Bir ailənin 4 uşağını canavar parçaladı – Yenilənib

Ötən gün Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.

Hadisənin baş verdiyi Buravar kənd icra nümayəndəsi Tofiq Ağayevin Simsar.az-a verdiyi məlumata görə, Buravar kəndində canavar evə soxularaq, bir ailənin 4 uşağını yaralayıb.

O bildirib ki, canavar Yusif Şahmarovun evinə axşam saatlarında hücum edib: “Hadisə baş verən saatlarda onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında dayanıbmış. Bu vaxt həyətdən ona tərəf parıltılı birşeyin gəldiyin görüb. Qız maraq xatirinə parıltıya yaxınlaşdıqda isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəsə də gec olub. Canavar ona hücum edərək, həyətə dartıb. Aygününün səsinə evdə olan qardaş və bacıları çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, canavar onların bədənlərini müxtəlif nahiyələrindən dişləyib. Daha sonra Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Bacılar isə odunla canavarın başına vurublar. Nəhayət onlar canavarı öldürməyə nail olublar”.

T. Ağayev uşaqların dördünün də xəstəxanaya aparıldığını bildirib.

O deyib ki, artıq uşaqlar xəstəxanadan buraxılıblar və hazırda müalicələrini evdə davam etdirirlər.

Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov isə Simsar.az-a bildirib ki, belə hadisələr rayon ərazisində nadir hallarda baş verir: “Belə hadisələr demək olar ki, baş verimir. Buna görə, canavarları qırmaq da düzgün deyil. Lakin ehtiyyat tədbirləri həyata keçiriləcək”.

E. Səfərov bildirib ki, bu gün onun göstərişiylə uşaqlardan quduzluqla bağlı qan analizi də götürüləcək.

Vüsal Qarayev







27 Oktyabr, 2014  10:10 Baxılıb: 2658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner