Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir saat nə qədər önəmlidir? – VAXT DƏYİŞİKLİYİNƏ – SORĞU

-Bundan sonra bir saat çox yatacağam, işə isə bir saat gec gedəcəyəm.

-Yox, bir saat çox yatmayacaqsan. Çünki bundan sonra işdən bir saat gec çıxacaqsan və bir saat da gec yatacaqsan.

Qış və ya yay vaxtına keçid yaxınlaşdıqca bu cür dialoqlarla tez-tez rastlaşırıq.

Vaxt dəyişikliyi hər zaman mübahisə mövzüsu olub və əhali arasında tam anlaşılmayıb. Bunun gərksiz olduğunu, insanların səhhətinə mənfi təsir etdiyini deyənlər də var, iqtisadi cəhətdən əhəmiyyətli olduğunu düşünənlər də. Bu fikir ayrılığı nəinki, insanlar, hətta dövlətlər arasında da mövcuddur. Artıq bir neçə ölkə qış və yay vaxtına keçidi ləğv edərək, vahid zaman sistemi tətbiq edirlər.

Azərbaycanın tanınmış psixiatrı, professor Nadir İsmayılov deyir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə də zaman dəyişikliyi ləğv edilməlidir.

Onun sözlərinə görə vaxtın irəli-geri çəkilməsi insanların psixikasına, səhhətinə pis təsir edir:

“Vaxtın belə dəyişikliyi insanlarda yuxu problemi yaradır ki, bu da bir baş onların əsəblərinə mənfi təsir göstərir. Artıq dünyanın bəz ölkələri məhz bunu nəzərər alaraq vahid zaman siteminə keçiblər. Bizdə də belə olsa daha məqsədəuyğun olar”.

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev də zaman dəyişikliyinin istər iqtisadi, istər iş qrafiki baxımından o qədər də əhəmiyyətli olmadığını deyir: “Bunu şəxsən özümdə götürürəm, mənim üçün bir saatın o qədər də fərqi yoxdur. Bir saat tez, ya gec. İqtisadi baxımdan da bir saatın dövlət büdcəsinə o dərəcədə müsbət təsir edəcəyinə inanmıram. Əslində bu zaman dəyişikliyi əhali arasında çaşqınlığa səbəb olur”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə 1 saat fərqin vətəndaşın büdcəsinə müsbət təsir etdiyini düşünür: “Bir saat fərqə görə insanın səhhətində problem yarana bilməz. Uzağı iki gün bir az əziyyət çəkərlər. Ancaq nəzərə alsaq ki, qışda havalar tez qaralır və saatın geri çəkilməsi insanların elektrikdən 1 saat az istifadə etməsinə səbəb olur ki, bu da ailə büdcəsinə xeyir gətirir”.

Qeyd edək ki, hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatlar qış vaxtına keçirilir. Bu ölkələrdə dəyişiklik qış vaxtına keçidin müsbət iqtisadi effekt verməsi ilə izah edilir.

Statistikaya görə, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaətin eyni zamanda ekologiyaya da müsbət təsir göstərdiyi vurğulanır. Əsaslandırılır ki, elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

Vüsal Qarayev

 






25 Oktyabr, 2014  12:20 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner