Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gömrük rəsmiləşdirilməsi sadələşdirilir

Azərbaycanda gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması müddəti gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan etibarən 3 gündən 2 günədək azadılacaq.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin müzakirəsinə tövsiyə edilən "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində deyilir.

Qanun layihəsinə uyğun olaraq, daha bir dəyişiklik gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən sənədlərin götürülüb saxlanılmasına aid olacaq.

Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1 günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər.

Bundan başqa, Gömrük Məcəlləsində aşağıdakı maddə ləğv edilir: "Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsləri tərəfindən müşayiət edilməsi) davam etdirilir".






25 Oktyabr, 2014  12:09 Baxılıb: 609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner