Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qəzada itkin düşmüş neftçinin meyiti hələ tapılmayıb

N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş 1 nəfərin axtarışı davam etdirilir. Bu barədə Simsar.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, oktyabrın 23-də saat 12 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib, nəticədə itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Hazırda itkin düşmüş 1 nəfərin axtarışı xilasedicilər tərəfindən davam etdirilir.

Həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur. 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədinin axtarışı isə davam etdirilir.






25 Oktyabr, 2014  11:42 Baxılıb: 733 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner