Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yeyinti məhsullarına nəzarət ciddiləşdirilir

Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasına görə dövlət rüsumlarının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi tələbi qoyulacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Respublikası Prezidenti tərəfindən parlamentə daxil olmuş “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna ediləcək yeni dəyişiklik dövlət rüsumunun ödənilməsi zamanı korrpusiya və digər neqativ halların qarşısının alınmasına və müasir ödəmə sistemlərinin (nağdsız) tətbiqinin genişləndirilməsinə imkan verəcək.

Layihəyə qeyd edilən digər dəyişikliyə görə, Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək veriləcək.

Dəyişikliyin edilməsində məqsəd istifadə müddəti keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılması, habelə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına görə dövlət nəzarətinin həyata keçirilməsi, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkarlanması sahəsində işlərin daha da ciddiləşdirilməsidir.






25 Oktyabr, 2014  10:32 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner