Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni Türkiyə baş nazirinin müşaviri təyin edildi

Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı baş müşaviri təyin edib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə baş naziri ilə E. Mahçupyanın tanışlığının uzun illər əvvələn təsadüf edir. Məlumata görə, A. Davutoğlunun xarici işlər naziri kimi fəaliyyəti dövründə də onların görüşləri mütəmadi olaraq davam edib.

E. Mahçupyan “demokratiya”, “dövlət və cəmiyyət münasibətləri” və “azlıqlar”a dair həyata keçirdiyi işlərdə Türkiyə baş nazirinə dəstək olacağını açıqlayıb.

Qeyd edək ki, E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxsdir.

E. Mahçupyan 1972-ci ildə Türkiyənin Boğaziçi Universitetinin Kimya fakültəsini bitirib. O, həmçinin Ankara Universiteti Siyasi Biliklər Fakültəsinin də məzunu olub.






25 Oktyabr, 2014  10:15 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner