Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İŞİD-in İraqda inanılmaz SU PLANI

Son zamanlar ABŞ və onun qurduğu koalisiya güclərinin qarşısında xeyli itkilər verən İŞİD, ABŞ-ın əlini-qolunu bağlayacaq yeni bir plan hazırlayıb.

Simsar.az xarici mediyaya istinadən xəbər verir ki, İraqın şimalını ələ keçirən İŞİD militanları, bölgədəki su qaynaqlarından onlara qarşı vuruşan kəndlərə su getməsinin qarşısını alacaqlar. Militanlar hətta İraqdakı bütün su qaynaqlarını nəzarət altına almağı planlaşdırır.

Təhlükə o qədər böyükdür ki, ABŞ gücləri Mosul və Hadita su anbarlarının yanında mövqe tutan İŞİD silahlılarını hər gün vurur. Lakin militanlar hər iki anbarı da ələ keçirməyə çalışırlar.

Militanlar anbarları ələ keçirərək, bölgədə bir ölkə qurduqları iddiasını hər kəsə göstərmək istəyirlər.  ABŞ və koalisiya gücləri isə var gücüləriylə İŞİD-in bölgədə irəliləyişini durdurmağa çalışırlar.

4 anbar İŞİD-in əlindədir

İŞİD hazırda Dəclə və Fərat çayı üzərindəki anbarlar da daxil olmaqla, çox önəmli 4 anbara nəzarət edir.

Mütəxəssislər, İŞİD-in suyun nə qədər önəmli olduğunu yaxşı bildiyini və bundan düşmənlərinə silah kimi istifadə etdiyini bildirirlər. O da bildirilir ki, İŞİD su uğrunda apardığı mübarizəni heç bir döyüşdə göstərməyib.

Obama: Anbar partladılsa bu bir fəlakət olar

İraq güclərinin Mosul anbarını İŞİD-in əlindən aldığı avqustda, ABŞ prezidenti Barak Obama, “Əgər bu anbar partlasaydı əmələ gələcək sel minlərlə insanın həyatı və Bağdaddakı səfirliyimiz üçün böyük təhlükə yaradardı. Bu da hamımız üçün böyük fəlakət olardı” demişdi.

Qeyd edək ki, hazırda İŞİD-in İraqın bir çox bölgəsini susuz qoyduğu bildilir.

Vüsal Qarayev







24 Oktyabr, 2014  18:33 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner