Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Məhkəmə qərarlarının 30 faizə yaxını ləğv edilir" - Komissiya sədri

Bakı Apelyasiya Məhkəməsi yerli məhkəmələrin qəbul etdiyi qərarların təxminən 30 fazini ləğv edib. Bu barədə Trend-ə açıqlamasında Bakı Apelyasiya Məhkəməsinin və Hakimlərin Seçki Komissiyasının sədri İman Nağıyev deyib.

Onun sözlərinə görə, bunun bir çox səbəbi var: "Bunlar əsasən sənədlərin hazır olmaması, obyektiv araşdırılmama, tərəflərin iştirak etməmələri və s. hallarla bağlıdır".

İ.Nağıyev Ali Məhkəmə tərəfindən Bakı Apelyasiya Məhkəməsində qəbul edilən qərarlarla bağlı baxılan işlərin təxminən 18-20 faizinin geri qaytarıldığını da açıqıayıb.

Məhkəmə sədri qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinə müraciətlər çoxdur və müxtəlifdir: "Hazırda icraatda olan işlərin sayı həddindən artıq çoxdur. Son dövrlər inzibati icraatla bağlı işlərin sayı çoxalıb".

Onun sözlərinə görə, elə işlər var ki, onlara bir neçə dəfə baxılır. Onlar əsasən mülki işlərdir. Bu işlərin bəziləri qanunlardakı boşluqlarla bağlıdır: "Elə hallar olanda biz Konstitusiya Məhkəməsinə sorğular veririk. Onlar da bununla bağlı izah verirlər, bu da işimizi bir qədər asanlaşdırır. Təbii ki, iş olan yerdə, hüquq olan yerdə mübahisələr də var. Amma işlədikcə praktika tədricən onların qarşısını alır".






24 Oktyabr, 2014  14:40 Baxılıb: 679 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner