Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Obama azərbaycanlı məktəbli ilə görüşəcək

Amerikada yaşayan 15 yaşlı azərbaycanlı məktəbli Məhəmməd Uğur ölkə üzrə keçirilən milli "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu yaxınlarda müsabiqənin qalibi olmuş 30 məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir. Məktəblilər Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər.

Məhəmməd Uğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur. Onun atası Uğur Abdulla Florida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur. Məhəmmədin biotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işi riyaziyyatın tibbdə tətbiqi ilə bağlıdır. O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb. Məhəmməd təhsillə yanaşı, idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır.

"Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan) ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçı arasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib.






24 Oktyabr, 2014  14:06 Baxılıb: 676 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner