Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bir sevdadır Azərbaycan” – FOTOLAR

Türkiyənin tanınmış araşdırmaçı-yazarlarından, pedaqoq Mühsin Durucanın “Bir sevdadır Azərbaycan” adlı kitabı nəşr olunub. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə 2014-cü ilin iyun ayında republikamızda gerçəkləşdirilmiş “Qarabağdan Türk Dünyasına könül körpüsü" və "Kapadokiya Şeir Şöləni-Azərbaycan” səbəbi ilə ilk dəfə Azərbaycanda olmuş Mühsin Durucan, bu kitabını, adından da göründüyü kimi Azərbaycana səfər təəssüratları əsasında, eləcə də, Azərbaycana səfərdən daha öncələr də, ürəyində bəslədiyi qardaşlıq duyğusunun poetik ifadələri ilə süslənib... Kitabın mətn-mündəricəsi Azərbaycan sevdası, Türkiyə-Azərbaycan dostluq-qardaşlığı ilə, ümumən Türk Dünyası sevgisi ilə yoğrulub, desək düzgün olar.

Türkiyənin “Dahi” Nəşrlər Evində nəfis tərtibatla çıxan kitabın adını aldığı şeir kitabın arxa qapağına dizayn edilib və bu şeir təkcə adı, mövzusu ilə deyil, yazılma texnikası ilə də diqqəti cəlb edir. Şeirin misralarının baş hərflərini oxuduqda da “Bir sevdadır Azərbaycan” oxunur (son misrada yazar öz adını bildirmək və həmqafiyə olmaqçün “Səni candan sevər Mühsin Durucan” misrasını da artırıb).

Qeyd edək ki, Mühsin Durucanın da daxil olduğu, qardaş Türkiyənin bir qrup şair, yazıçı və ədəbiyyatşünası bu ilin may ayında, Qənirə Paşayevanın dəvəti ilə respublikamızda səfərdə olmuş, şeir şölənində, müxtəlif görüşlərdə iştirak etmiş, Bakı ilə bərabər, Sumqayıt, Gəncə və Tovuzda, Goranboyda səfərdə olmuşlar, ölkəmizin Ermənistanla ön cəbhəsində tədbirlərdə iştirak etmişlər, qaçqın və məcburi köçkünlərimizlə görüşüblər.






24 Oktyabr, 2014  14:04 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner