Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Sosial yardım alan ailələrin sayı 17 faiz azalıb” – Səlim Müslümov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iclas bu ilin 9 ayı ərzində ölkədə əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində görülən işlərin və nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına, habelə qarşıda  duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, bildirib ki, hesabat dövründə müharibə əlilləri və onlara bərabər tutulanlara Prezident təqaüdünün orta aylıq məbləği 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə 81,8%, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb.

Həmçinin İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə cari ilin əvvəlindən Prezident təqaüdünün,  beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə gələn ilin əvvəlindən ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq”.

Nazir hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan, Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 1453 nəfərin avtomobillə təmin olunduğunu bildirib. O, son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmasının, 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1 faizi, yəni 1 411 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur. “Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər. Qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndirilməlidir”.

Nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb.

Kollegiya iclasında ƏƏSMN-nin ayrı-ayrı struktur bölmələri tərəfindən hesabat məruzələri dinlənilib. Qarşıda duran vəzifələrin də müzakirə edildiyi iclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Simsar.az






24 Oktyabr, 2014  13:33 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner