Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Müəllimlərin əməkhaqlarında dəyişiklik nəzərdə tutulur” - Nazir

“Ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti ildən müəllimlərin əməkhaqlarında dəyişiklik olması nəzərdə tutulur”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, sınaq qiymətləndirilməsi pedaqoji işçiləri metodik və kommunikativ yanaşmada təkmilləşdirməyə sövq edir: “Odur ki, növbəti mərhələdə müəllimlərin sınaq qiymətləndirilməsinin bütün ölkə ərazisində tətbiq olunmasını düşünürük. Həmçinin müəllimlərin dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilib. Müəllimlərin hazırlığı ilə bağlı dəyişikliklər nəticəsində kolleclərdə müəllim hazırlığı planı köklü şəkildə azaldılıb, bu sahədə əsas üstünlük bir neçə ixtisaslaşmış ali  məktəblərə verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir”.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarında dəyişikliklər edilib. Hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək”.






24 Oktyabr, 2014  12:32 Baxılıb: 604 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner