Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Ölümsüzlük var? - Bu insanlar inanırlar - FOTOLAR

Yüzlərlə cəsəd böyük bir çənin içində 196 dərəcə şaxtada tibbin irəliləyib onları yenidən dirildəcəyi günü gözləyir

Belə bir ifadə var, “Yalnız ölümə çarə yoxdur”. Lakin bu ifadəylə barışmaq istəməyən, ölümlə mübarizə aparan insanlar da olub.

Simsar.az-ın məlumatına görə, tanınmış fotoqraf Murrai Ballard ölümə meydan oxuyaraq, özlərini donduraraq yenidən dirildiləcəkləri günü gözləyən insanların şəkillərini çəkib.

Bütün dünyadan yüzlərlə cəsəd içi maye azotla dolu böyük bir metal çənin içində 196 dərəcə şaxtada tibbin irəliləyib onları yenidən dirildəcəyi günü gözləyirlər.

Ölmüş bədən öncə buz qəliblərdə dondurulur və döş qəfəsləri açılaraq bədəndəki qan damarlardan çəkilir.

Qanın əvəzinə isə mənfi 50 dərəcə qliserin vurulur. Bu isə bədən hərarətini mənfi 50 dərəcəyə salır.

Hüceyrələr atrafındakı yağların, soyuducuda qalan birneçə günlük yağlar kimi bürüşməməsi üçün isə cəsəd içi maye azot dolu böyük bir çənin içərisində, mənfi 196 dərəcədə saxlanılır. Lakin cəsədin dondurulması, onun buz qəlblərinə salınması ilə bitmir. Çünki, insan bədəni xüsusi tədbirlər görülmədən dondurularsa, buz kristalları hüceyrələrin ətrafını bürüyər və su itgisinə səbəb olar. Quruyub tarıma çəkilən hüceyrə pərdəsi deşilər və hüceyrə parçalanar. Bunu qarşısını almaq üçün isə qliserin kimi donmayan kimyəvi maddələrdən istifadə olunur.

Mənası, insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulması olan “cryonics” termini, ilk dəfə 1965-ci ildə istifadə edilib.

Lakin ilk dəfə Neil R. Cones ötən əsrin 30-cu illərində yazdığı bir romanda insanların dondurulmasından bəhs edir. Fizik Robert Ettingr də 1964 yazdığı “Ölümsüslük ehtimalı” adlı kitabında, insanların gələcəkdə dirildilməsi üçün dondurulması fikrinin ağlabatan olduğunu iddia edir.

Dünyada dondurulan ilk insan isə 73 yaşlı ağciyər xərçəngindən ölən Amerikalı psixoloq Ceyms Bedford olub. O, 1976-cı ildən buz içərisində dirildiləcəyi günü gözləyir.

Doktor Paul Seqal 1992-ci ildə “American Cryonics Society” şirkətinin sponsorluğu ilə Kaliforniya Universitetində bir sınaq həyata keçirib. Nəticə, dondurulub yenidən dirildilməyin əslində gerçək ola biləcəyini sübut edib. Belə ki, Seqal “beagle” cinsli iti dondurub tekrar diriltməyi bacarıb.

İtin qanı çəkildikdən sonra dondurularaq öldürülüb. 70 dəqiqəlik klinik ölümdən sonra qan yenidən damarlara vurulub və cəsəd otaq tempuraturuna uyğunlaşdırılıb. İt yenidən dirilib və vərdişlərində, yaddaşında heç bir dəyişiklik baş verməyib.

Vüsal Qarayev
















24 Oktyabr, 2014  11:15 Baxılıb: 1612 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner