Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zəlzələdən ziyan çəkənləri aldadanlar tutuldu

Qax-Zaqatala-Balakən bölgəsində 2012-ci ildə baş vermiş zəlzələdən zərər çəkmiş sakinlərin evlərinin bərpası adı ilə onların etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirmiş şəxsin qanunsuz əməlləri barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən FHN-lə birgə əməliyyat tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin tədbirlər nəticəsində nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun sabiq kiçik elmi işçisi Feyruz Məmmədov özgənin əmlakını ələ keçirmək məqsədilə zəlzələ nəticəsində zərər dəymiş evlərin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində Bakı şəhər sakinindən 2 min manat məbləğində pulu tələb edib alarkən cinayət başında yaxalanıb.

Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı həmçinin F. Məmmədovun zəlzələ nəticəsində zərər dəymiş evlərin qəzalı kimi qeydiyyata alınaraq sökülüb yenidən tikilməsi, eləcə də təmir və tikinti işlərinin aparılması üçün nazirliyin tərtib etdiyi siyahıda adlarının əvvələ salınması üçün Qax rayon sakinlərindən ümumilikdə 42 min manat məbləğində pul alaraq külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






24 Oktyabr, 2014  10:37 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner