Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obamanın iqamətgahına hücum edən şəxs tutuldu

Bu gün Ağ Evin hasarını aşan 23 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Simsar.az ans press-ə istinadən məlumatına görə, prezident sarayı bağlanıb. Bu insident sentyabr ayından bəri artıq ikinci təhlükəsizlik pozuntusudur.

Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın təhlükəszilik işçiləri və xüsusi itlər tərəfindən tutulduqdan sonra həbs olunduğunu açıqlayıb. Adesanya Merilənd ştatının sakinidir.

Verilən məlumata görə, Ağ Evə daxil olmağa çalışan şəxs itləri vurub. Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyadan əziyyət çəkdiyini və müşaidə altında olduğunu bildirib.

Faktla bağlı hələ ki, heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, keçən ay baş vermiş oxşar hadisə zamanı 42 yaşlı hərbi veteran Ömər Qonzalez saxlanılmadan öncə üstündə bıçaqla çəmənlikdə qaçaraq Ağ Evə daxil olmuşdu.

Qonzalezin maşınında 800-dən artıq patron, iki balta və bir tüfəng tapılmışdı. Qonzalez xüsusi xidmət agentlərinə hücum etməkdə, müqavimət göstərməkdə və maneə törətməkdə ittiham olunur.

Misli görünməmiş insident Konqresdə dinləməyə və Məxfi Xidmətin direktorunun istefasına səbəb olmuşdu.






23 Oktyabr, 2014  20:55 Baxılıb: 762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner