Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müsavat başqanı onları xəyanətkar adlandırdı - AÇIQLAMA

“Xəyanətkar ifadəsi partiya üzvlərinə deyil, partiyanı tərk edərək üzvlər haqqında sərt ifadələr işlədənlərə aiddir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, açıq siyasi diskussiyalarda iştirak edən heç kəs tutduğu mövqeyə görə partiyadan uzaqlaşdırıla bilməz. Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan uzaqlaşdırılması məsələsinə gəlincə isə, A. Hacılı bu məsələnin Müsavat rəhbərliyinə aidiyyəti olmadığını vurğulayıb: “Bu, Qubadlı rayon təşkilatının qərarıdır. Rayon təşkilatının rəhbərliyi bu qərarın Nizamnamə pozuntuları ilə əlaqədar olduğu barədə məlumat yayıb. Əgər o, bununla bağlı Müsavatın rəhbər strukturlarına şikayət ərizəsi ilə müraciət edəcəksə, bu məsələ müzakirə olunacaq”.

Partiyadakı istefalardan danışan Müsavat başqanı qeyd edib ki, hazırda Müsavat Partiyasında keçid dövrüdür və keçid dövrünün müəyyən fəsadları olur. O, bütün məsələləri danışıqlar yolu ilə həll etməyin tərəfdarı olduğunu açıqlayıb: “Biz bu fəsadların olacağını əvvəlcədən bilirdik. Bunu bilərək məsuliyyəti üzərimizə götürmüşük. Mən Müsavat Partiyası üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Bütün məsələləri danışıqlar və diskussiyalar yolu ilə həll etməyin tərəfdarıyam. Partiyada kimlərəsə cəza vermək səlahiyyəti olan qurumlara da müraciət edərək, mümkün qədər bu məsələlərə anlaşıqlı yanaşmağı xahiş etmişəm. Çalışacağam ki, Müsavat Partiyası sıralarında qalıb, fəaliyyətini davam etdirməsi mümkün olan hər kəs qurultaydan əvvəlki və ya sonra tutduğu mövqedən asılı olmayaraq, partiya sıralarında qalsın”.

A.Hacılının sözlərinə görə, partiya strukturunda Nizamnamə tələblərini pozan şəxslərin Müsavatdan kənarlaşdırılması ilə bağlı çağırışlar var: “Ancaq Müsavat başqanının özbaşına kimisə cəzalandırmaq səlahiyyəti yoxdur. Müsavatda kimlərəsə partiya cəzası vermək səlahiyyəti rayon təşkilatlarına, Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Müsavatın Divanına aiddir”.

Partiya lideri sosial şəbəkədəki qapalı qrupda Müsavatı tərk edənləri xəyanətkar adlandırmasına da aydınlıq gətirib: “Bu fikir partiyanın daxili qrupu olan “Müsavat üzvləri” qrupunda partiya üzvlərinin diqqətinə çatdırılmaq məqsədilə yazılıb. Qeyd edildiyi kimi bu, partiya üzvlərinə deyil, partiyanı tərk edərək partiya üzvləri haqqında sərt ifadələr işlədənlərə aiddir”.






23 Oktyabr, 2014  14:20 Baxılıb: 632 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner