Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

35 yaşdan aşağı bütün kişiləri ORDUYA - SƏFƏRBƏRLİK

Suriya Prezidenti Bəşər Əsəd ölkədə səfərbərlik elan edib.

Simsar.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, Əsəd rejimi ordunun gücləndirilməsi üçün fərariləri və 35 yaşdan aşağı bütün kişiləri orduya çağırıb.

Hərbidən qaçan minlərlə insanın rejim qüvvələri tərəfindən həbs olunduğunu yazan qəzet hökumətin 1980-1990-cı illərdə anadan olmuş bütün kişilərin aşkar olunaraq orduya təhvil verildiyini bildirib.

Təkcə bazar ertəsi Dəməşq və Hamada həyata keçirilən əməliyyatlarda 1500 nəfərin saxlanılaraq orduya göndərildiyi qeyd olunub.

Dəməşqdən qaçan Əbu Kefah adlı şəxs qəzetə verdiyi açıqlamasında fərarilərə qarşı keçirilən əməliyyatların hər gün getdikcə artdığını deyib.

Qeyd edək ki, Suriya Konstitusiyasına görə, ölkədə hərbi xidmət məcburidir və əsgərlik yaşına çatan hər kişi 18-20 ay müddətində hərbi xidmət keçməlidir.

Lakin 3 il əvvəl başlayan vətəndaş müharibəsinə görə, hərbidən tərxis olunmalar təxirə salındığı üçün fərarilik artmışdı.






23 Oktyabr, 2014  13:05 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner