Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bacısı tərəfindən öldürülən qızın FOTOsu Simsar.az-da - ÖZƏL

Simsar.az ötən gecə dəhşətli şəkildə bacısı tərəfindən qətlə yetirilən 20 yaşlı Günel Nuriyevanın fotosunu əldə edib.

Simsar.az fotonu təqdim edir:

Faciənin dəhşətli məqamı isə qətlin səbəbi olub. Belə ki, istintaq qrupundan lent.az-a bildirilib ki, P.Nuriyeva ilkin ifadəsində bacısının cinsi azlıq nümayəndəsi olduğunu söyləyib. O deyib ki, G. Nuriyeva evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş.

O, kiçik bacısından bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.

Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb.

Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

Qeyd edək ki, Baş Prokurorluq Bakıda 20 yaşlı qızın bacısı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 16-radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq eskpertizalar təyin edilmiş, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilmişdir.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Simsar.az







23 Oktyabr, 2014  11:20 Baxılıb: 11369 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner