Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Van zəlzələsindən 3 il keçir

2011-ci il, 23 oktyabr tarixində  baş vermiş 7,2 bal gücündəki  zəlzələ Türkiyənin Van vilayətini sükuta qərq etmişdi

Simsar.az xəbər verir ki, 23 Oktyabr 2011-ci ildə Türkiyənin Van vilayətində baş vermiş 7,2 ballıq zəlzələdən 3 il ötür. 26 saniyə davam edən zəlzələ nəticəsində şəhər mərkəzi və bir çox kənd dağıntılara məruz qalmış zəlzələ sonrası dağıntıya dönən binalarda sanki can bazarı yaşanmışdı.

Zəlzələdən dərhal sonra bütün ölkənin vanlılar üçün səfərbər olduğu saatlarda o vaxtki Baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla  bir çox siyasətçi və qeyri-hökumət təşkilatı işçiləri şəhərə gəldi.

Günlərlə davam edən xilasetmə işlərində 604 adamın cəsədi dağıntılar arasından çıxarıldı. Zəlzələdən sağ qalan minlərlə yaralı, təcili yardım təyyarə və vertolyotlarla xəstəxanalara çatdırıldı.

İkinci zəlzələ

Zəlzələdən 13 gün  sonra Qurban Bayramının  4-cü günü 9 noyabrda 5,6 bal gücündə ikinci zəlzələ daha bir dəfə də Vanı  sarsıtdı.

Həyatın normala döndüyü bir vaxtda Vanda  daha çox məhvə yol açan zəlzələdən sonra yenidən xilasetmə işləri başladıldı və ikinci köç dalğası yaşandı.

Vəzifə başında olan jurnalistlər də dağıntılar altında qaldı

Zəlzələylə bağlı mediaya informasiya ötürən  jurnalistlər, Sebahattin Yılmaz  və Cem Emir, həmçinin içərisində yaponiyalı  könüllü Asutshi Miyazakinin də olduğu 40 nəfər həyatını itirdi. Zəlzələdən sonra böyük çaxnaşma yaşayan vanlılar ölkənin dörd bir yanında çadır şəhərciklərində  yerləşdirildi.

Şəhərin qaranlığa və səssizliyə qərq olmuş qış günlərində boş dayanmayan səlahiyyətlilər zəlzələ altında qalanlar üçün inşa ediləcək yaşayış binalarının istehsalını başlatdılar. Çadır şəhərlərində həyat mübarizəsi verən ailələri yanvar ayından etibarən konteyner şəhərlərə yerləşdirdilər.

Simsar.az

 






23 Oktyabr, 2014  06:23 Baxılıb: 803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner