Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Tünzalə Ağayevadan möhtəşəm doğum günü sürprizi - VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, 21 oktyabrda ad gününü qeyd etmiş əməkdar artist Tünzalə Ağayeva, özəl bayramını bir neçə saat bundan əvvəl ən yaxın dostlarının əhatəsində təkrar keçirib.

Bayraq Meydanında fəaliyyət göstərən restoranda təşkil olunmuş tədbir tanınmış şoumen Nəsib Nurun aparıcılığı ilə yadda qaldı.

Tünzalə, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi özünə məxsus olan "Gözləyirəm" adlı hitinə çəkilmiş ekran işinə ilk tanıtımı da  bu tədbirdə etdi.

GoPro kamerası ilə çəkilmiş klipdə müğənni özünü rejissor kimi sınasa da montaj etməyi bu sənətin peşəkarı Ülviyyə Könül öz üzərinə götürüb.

Dost məclisi iki hissəyə bölünmüşdü, yazsaq daha düzgün səslənər.

Öncə xanım Ağayeva "Hicaz" instrumental ansamblının müşayiəti ilə qonaqlarını canlı ifası ilə feyziyab etdi,  ardınca da pozitiv ab-hava yaşadan klip nümayiş olundu.

Gözlərindən sevinc yağan müğənni,  ona hər zaman diqqət yetirən əzizlərinə bu sözlərlə səsləndi: "13 ildir səhnədəyəm. Hər zaman sizin sevgini hiss etmişəm. Yaxşı ki, həyatımda sizin kimi dostlarım, doğmalarım var. Siz mənim üçün çox dəyərlisiniz".

İllərdir Tünzalənin etibarlı prodüseri çalışan Yalçın Cabbarovun təşkil etdiyi bu  xoş günə bir çox məşhur simalar - modelyer Gülnarə Xəlilova, teleaparıcılar - Rövşanə Bektaşı, Aytən Səfərova, Xədicə Sənanqızı, Rüfət Ağayev,  şairə - Mələk Xəlil,  bəstəkarlar - Murad Arif, İsa Məlikov, müğənni Azad Şabanov və başqaları təşrif buyurmuşdular.

Simsar.az sürprizlərdən bol olan təqdimatdan çəkilmiş fotoları və bəhs etdiyimiz klipi oxucuları üçün yayımlayır.


Şahin Cavadsoy

Simsar.Az






22 Oktyabr, 2014  19:56 Baxılıb: 2119 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner