Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəmkir və Litvanın Şaulyay şəhərləri qardaşlaşır

Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması barədə Niyyət Protokolu imzalanıb. Verigilər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu gün Şəmkir şəhərində Azərbaycan ilə Litva arasında “Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokolu imzalanıb. Sənədi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskas imzalayıb.

Bildirilib ki, ölkəmizin regionları arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi ümumilikdə ölkələr arasında münasibətlərin dərinləşdirilməsinə imkan verəcək. Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması bu prosesə mühüm bir töhfə olacaq.

“Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokoluna əsasən, gələcəkdə Şəmkir və Şaulyay şəhərləri arasında qarşılıqlı əlaqələrin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

 






22 Oktyabr, 2014  16:20 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner