Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Dərmanların cəmi 1%-i yerli istehsaldır" - Səhiyyə Nazirliyi

Bu il Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar  zamanı yararlılıq haqqında analiz protokolu olmayan 1380 qutu dərman preparatı müsadirə edilib.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, müsadirə edilən dərmanlardan 903 qutusu dövlət qeydiyyatından keçməyən və içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarıdır. Bu dərman preparatları həmçinin ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb və Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə gətirilib: “Ola bilsin ki, onların tərkibi keyfiyyətlidir. Amma qanunvericiliyə görə, ölkəyə idxal olunan dərman vasitələri dövlət qeydiyyatına alınmalıdır”.

P. Əzizbəyov qeyd edib ki, ölkədə saxta dərmanlara qarşı Milli Təhlükəsizliyi Nazirliyi və Səhiyyə Nazirliyi birgə mübarizə aparır. Onun sözlərinə görə, bu ilin əvvəlində ölkənin bir neçə regionunda bununla bağlı reyd keçirilib və saxta dərmanlar aşkarlanaraq götürülüb: “Bu barədə ictimaiyyətə də ətraflı məlumat verilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə kimi saxta dərmanların aşkarlanması halı olmayıb”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatda olan dərmanların sayı 4534 ədəddir. Onların təxminən 1 faizinin yerli istehsal olduğunu deyən P. Əzizbəyovun sözlərinə görə, ölkə dərmanlar sahəsində idxaldan asılı ölkədir: “Dərmanların cəmi 1%-i yerli istehsaldır. Qalanları da digər ölkələrdən idxal olunur. İdxal olunan dərman preparatlarının 55%-dən çoxu Avropa ölkələrdən gətirilir”.






22 Oktyabr, 2014  14:21 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner