Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Valter-Ştaynmayer Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana gəlir.

Simsar.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumatına görə, Almaniya XİN başçısının Azərbaycana səfəri oktyabrın 23-də baş tutacaq.

Səfər çərçivəsində Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Almaniya XİN başçısı daha sonra İrəvana səfər edəcək, Ermənistan rəsmiləri ilə görüşəcək.

Qeyd olunur ki, Ştaynmayer səfər zamanı Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsini və onun həll yollarını müzakirə etməyi planlaşdırır.

Səfər barədə Azərbaycan XİN də məlumat yayıb. XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 22-23 oktyabr tarixilərində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov ilə görüşü nəzərdə tutulur.

Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.






22 Oktyabr, 2014  11:49 Baxılıb: 694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner