Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Sələflər və Xələflər” Beynəlxalq Simpoziumu öz işinə başladı - FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Sələflər və Xələflər” adlı I Beynəlxalq Simpozium keçirilir.

Simsar.az xəbər verir ki, simpoziumu Dilçilik İnstitunun direktoru, akademik Tofiq Hacıyev açaraq elmə dövlət diqqətindən danışıb. O bildirib ki, prezident İlham Əliyev alimlərə yaş hüdudu qoymur: “Dilçiliyimizi yaradan, inkişaf etdirən ağsaqqallar nəsli var -Sələflər, bir də onların yetirmələri - əllərindən tutub qaldıqdıqları gənc alimlər nəsli - Xələflər”.

T.Hacıyev onu da əlavə edib ki, bugünkü elmi simpozium dilçiliyimizin iki mötəbər sələfinə həsr edilib. Onlardan biri Azərbaycan və türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadə, digəri isə AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı Məmmədağa Şirəliyevdir. Bugünkü Azərbaycan dilçilərinin hamısı ya birbaşa Məmmədağa Şirəliyevin tələbələri,  ya da onun tələbləridir.

Daha sonra çıxış edən Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla da simpoziumun əhəmiyyətindən, Əli bəy Hüseynzadənin və  Məmmədağa Şirəliyevin Azərbaycanın dilçiliyinin inkişafında oynadğı roldan geniş bəhs edib: “Bu gün ancaq Sələflər və Xələflərin arasında münasibətin yaranmasında, mənəvi estafetin ötürülməsində görülən tədbirlər bəlkə də işin hələ hamısı deyil. Bu gün müasirlər özləri bir-biri ilə ünsiyyətə ehtiyacı duyurlar. Uzun zamandan bəri görüşməyən insanların ünsiyyətində bir fayda var. Türkiyədən, Qazaxıstandan, Rusiyadan başqa türk ölkələrindən,  Azərbaycanın müxtəlif ali məktəblərindən gələn alimlər, dilçilər,  türkoloqlar da sübut edir ki bu simpozium nə qədər önəmlidir. Bu həqiqətən bir türkoloji bayramdır. Əminəm ki, bu simpoziumun mənəvi və məntiqi davamı kimi hamı öz ürəyindən keçən dilçilik tədbirləri keçirəcək. Gələcəkdə də “Sələflər və Xələflər” mövzusunun bu şəkildə də davamı gözləniləndir”.

Qeyd edək ki, Beynəlxalq Simpoziumda dünyanın 12 ölkəsindən nümayəndə iştirak edir.  Həmçinin Türkiyədən 94 yaşlı professor doktor Zeynep Korkmaz da konfransda iştirak edənlər arasındadır. Simpoziumun Əli bəy Hüseynzadə ilə bağlı bir günlük xüsusi bölümü oktyabrın 23-də Qafqaz Universitetində keçiriləcək.  Beynəlxalq Simpozium öz işini oktyabrın 24-nə kimi davam etdirəcək.

Hüseyn İbadlı














22 Oktyabr, 2014  11:23 Baxılıb: 848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner