Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Gənclər sələflərinin ənənələrini davam etdirməlidir" – AKİF ƏLİZADƏ

Simsar.az xəbər verir ki, bunu Azərbaycan Milli Elimlər Akadekiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda keçirilən "Sələflər və Xələflər" I Beynəlxalq Simpozium iştirakçılarına ünvanladığı məktubda bildirib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsində və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlı ötən il imzaladığı sərəncam Azərbaycan dilçilik elmi tarixində yeni səhifənin açılmasına şərait yaradıb: "Çox sevindirici haldır ki, dilçi alimlərin yaxından iştirakı ilə Dövlət Proqramı uğurla həyata keçirilir. Mən bu simpoziumun keçirilməsini də Dövlət Proqramı ilə bağlı dilçilik elmində başlamış yeni mərhələnin təzahürü hesab edirəm".

AMEA prezidenri həmçinin bildirib ki, Dilçilik İnstitunun təşkilatçılığı ilə ərsəyə gəlmiş bu beynəlxalq simpoziumun həsr olunduğu mövzu ictimai və elmi fikir tariximizə, onun yaradıcılarına, eləcə də elmə qədəm basan istedadlı gənclərə verilən qiymətdən xəbər verir. Sələflər bizim ustad alimlərimiz, xələflər isə yetirmələrimizdir. Türk dünyasının görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadə və akademik Məmmədağa Şirəliyev belə dəyərli sələflərdəndir.

Gənclərə səslənən A.Əlizadə belə deyib: "Bu günün gəncləri sələflərinin ənənələrini davam etdirməli, onlara dəyər verməli, eyni zamanda elmin prioritet istiqamətlərini əsas götürərək müasir dövrün tələblərinə cavab verən, aktuallığı ilə seçilən elmi nəticələri əldə etməyi bacarmalıdırlar. Arzu edirəm ki, sələflərinin ənənələrini davam etdirən Azərbaycan dilçi alimlərinin, xüsusilə gənc tədqiqatçıların adı müasir dünya dilçilik elminin ön sıralarında yer alsın".

Hüseyn İbadlı







22 Oktyabr, 2014  10:56 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner