Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Markesin gizli vəzifəsi ortaya çıxdı

Bu ilin aprelində vəfat edən Nobel laureatlı yazıçı Qabriel Qarsiya Markesin gizli vəzifəsi olub.

Simsar.az xəbər verir ki, Markesin 90-cı illərdə Kuba və ABŞ arasında soyuqluğu aradan qaldırmaq üçün vasitəçilik edib. Amerikalı jurnalistlər Vilyam Qrande ilə Peter Kornbluhun “Kuba kanalına dönüş” adlı kitabında Markesin bu istiqamətdə fəaliyyətinə geniş yer verilib.

Kolumbiyalı yazıçı Markes 1994-cü ildə xüsusi təyyarə ilə ABŞ-a gələrək Klintonla görüşüb. Həyatı boyu sosializm ideologiyasına sadiq qalan Markes 1994-1998 illərdə ABŞ prezidenti Bill Klinton ilə yaxın dostu Kuba prezidenti Fidel Kastro arasında vasitəçilik edib.

Markesin bu vəzifəsi uzun illər ictimaiyyətdən gizlədilib.

Xatırladaq ki, 1994-cü ildə 72 kubalının boğularıq ölməsi və ABŞ-ın bunu gördüyü halda kömək etməməsi iki ölkə arasında gərginliyə səbəb olub. Fidel Kastro isə buna qarşılıq olaraq ABŞ ilə sərhədləri açıb və nəticədə minlərlə kubalı Amerikaya axın edib. Klinton bundan sonra kubalı qaçqınların həbs edilməsi qərarını verib. Nəticədə 32 mindən çox kubalı tutularaq Quantanamo həbsxanasına göndərilib.

 






21 Oktyabr, 2014  18:35 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner