Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Türk futbolunda QALMAQAL böyüyür

Türkiyə futbolçuların adının qarışıdığı hadisə getdikcə böyüyür.

Belə ki, Türkiyə yığmasının futbolçusu Hakan Çalhanoğlu Gökhan Töre ilə aralarında gərginlik baş verdiyini bildirilib. Futbolçu Gökhanın silahla onu təhdid etdiyini alman TV kanalına açıqlayıb. Bundan sonra "Leverkuzen" idman direktoru Rudi Föller məsələni həll etmək üçün Fatih Terimi Almaniyaya dəvət edib. Bu dəvətə mənfi cavab verən Terim isə Almaniyaya getməyi rədd edib.

Hadisə ötən il Türkiyə Hollandiya matçından sonra baş verib. "Beşiktaş"ın ulduz futbolçusu Gökhan Töre ilə Hakan Çalhanoğlu və Ömər Topraq arasında silahlı qarşıdurma yaranıb. Hadisəsinin əks-sədaları isə indi bütün mətbuata yayılıb.

"Gökhan Töre eks sevgilisinə ilişdiyi üçün Ömərin dostu ilə düşmən imiş. Gökhan otelə gələn kimi biz otağa qalxdıq. Daha sonra bizim otağın qapısına gəldi, amma, biz qapını açmadıq. Gökhan aşağıya enib otağının ikinci, ehtiyat kartını götürüb. "Təmizlik xidməti" deyərək qışqırdı. Qapını açan kimi Gökhan sürətlə içəri girib Ömərin dostunun üzərinə cumdu. Bu vaxt Gökhanın arxasından otağa girən adam pencəyinin altından tapança çıxarıb, məni və Öməri bir küncə sıxışdırıb tərpənməməyimizi söylədi. Gökhan Ömərin dostunu döydü. Hadisənin mən və Ömər Toprakla əlaqəsi yoxdur. Gökhan ilə Ömərin dostu arasında olan bir hadisədir", - deyə futbolçu bildirib.

Ancaq bu söhbət öz-özlüyündə Türkiyə futbol azarkeşləri üçün ürəkaçıcı xəbər deyil. Bu hadisənin baş verməsi Türkiyə yığmasının düşərgəsində xoşagəlməz ab-hava olduğunu göstərir. Elə Türkiyə yığmasının da göstərdiyi aşağı nəticələr ab-havanın yüksək səviyyədə olmaması ilə bağlıdır.






21 Oktyabr, 2014  15:49 Baxılıb: 791 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner