Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Naxçıvan Əlahiddə Ordusu yeni Mərkəzlə təmin olundu

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Simsar.az-ın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, mərkəzin açılışında müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev və Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov iştirak ediblər.

Tədbirdə çıxış edən Vasif Talıbov hərbi hissənin yaradılmasının 22-ci ildönümünün Əlahiddə Ümumqoşun Ordusu üçün Kəngərli rayonunda yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə qeyd edildiyini bildirib.

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev bildirib ki, ordu quruculuğu prosesi muxtar respublikada da sürətlə davam etdirilir. Son illər hərbi hissələrdə xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub.

Üç mərtəbədən ibarət olan binada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi qırğın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif otaqları var. Trenajorlar sinfində tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 7 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə tank əleyhinə idarə olunan raket qurğularından istifadə qaydaları, zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi praktik olaraq öyrədiləcək. Artilleriyanın simulyasiya sinfində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə dərslərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb.

Sonra V. Talıbov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.






21 Oktyabr, 2014  14:32 Baxılıb: 682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner