Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

606 vergi ödəyicisi barədə cinayət işi başlandı - RƏSMİ

2014-cü ilin 9 ayı ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanuna müvafiq tədbirlər nəticəsində 1 oktyabr 2014-cü iltarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 5,4 faiz, ötənilin müvafiq dövrüilə müqayisədə isə 3,3 faiz azalıb.

Simsar.az xəbər verir ki, cari ilin 9 ayı ərzində ümumilikdə 180 min 689 vergi ödəyicisinin  borclarının tamamilə ləğv edilib, 1 oktyabr 2014-cü il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 5,6 faiz təşkil edib.

Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60 min 2 sayda əmlakıns iyahıya alınması barədə qərar açılıb, bu qərarların 72,4 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 400,5 min manat borc məbləğini əhatə edən 587 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 45,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11237 vergi ödəyicisinin 11,7 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıyaalınmaya təqdim edilmədiyi üçünü zərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslər də təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə qanuna müvafiq tədbirlər görülərək, 1009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

51 min 194borclu vergi ödəyicisinin borclarının onların milli vəya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 653 min 347 icra (ödəniş) sənədi olan sərəncam verilib.

Vergi orqanları tərəfindən 706 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 2940 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 606 vergi ödəyicisi üzrə 26,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

 






21 Oktyabr, 2014  14:07 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner