Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik Kür və Araz çaylarındakı monitorinqlərin nəticələrini açıqladı

Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, oktyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən 21 m3/san azalaraq 163 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.9, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.4, I Şahsevəndə 3.1, Bəhramtəpədə isə 2.9 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.41-6.19 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 






21 Oktyabr, 2014  09:50 Baxılıb: 671 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner