Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zəncirləri qıran ŞAİR - Ulu TÜRK

Elə mən özüm də bu gün yırtıcı…

Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncı…

Vur, ölən daşnakdır, adam deyil, vur !

Yırtıcı düşmənim düşməni qovur.

Bu gün şeerlərində düşmənə nifrət edən cəsur əsgər, azadlıq aşiqi, şair Xəlil Rza Ulutürkün doğum günüdür.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Qolundakı zəncirləri qırmaq üçün yaşadı ömrünü, bu zəncirləri taxanlarla döyüşdü yaradıcılığı boyu. Və xatirəmizdə döyüşgən, mübariz, əyilməz insan kimi qaldı şair.

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib. Şair yaradıcılığında Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçib. Xəlilrza Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edərdi, danışığından məmnun qaldığı soydaşlarını isə bir manat məbləğində mükafatlandırardı. Və bununla vətəninə aşiq Xəlil Rza, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Və bütün bunlara görə də, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur.

Biz Türküstan elləriyik,

Qeyrət, qüdrət selləriyik.

Daşnakları qovan bizik,

Dar gözləri ovan bizik.

Yetər meydan suladılar,

Yurdumuzu taladılar.

Bakımızı əzizləyək.

Əqrəblərdən təmizləyək!

Şölə versin bu ləl, mərcan -

Ermənisiz Azərbaycan!

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarına yayıldı. Şair ömrünü xalq, azadlıq hərəkatı yolunda sərf edirdi, qorxmadan, çəkinmədən rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməniləri odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Və 1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərildi. Sorğu-suallar, ağır ittihamlar Ulu Türkün iradəsini qıra bilmədi. O, çətin zindan həyatında da mübarizəsini davam etdirdi. Məhbusluq illərində, "Lefortovo gündəliyini, 200-dən çox, şer, poema və məktubunu yazdı.

Şəkər xəstəliyindən əziyyət çəkən şair, 1994-cü il iyunun 22-də dünyasını dəyişdi.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilib.

Vüsal Qarayev







21 Oktyabr, 2014  07:30 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner