Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bu qadının qanı Ebolanın dərmanıdır

İspaniyada Ebola virusundan sağaldığı ehtimal olunan Tereza Romero adlı qadının müalicəsində Qvineya əsilli Pasiensia Melqar adlı qadının qan plazmasından istifadə olunub.

Simsar.az-ın məlumatına görə, Melqarın qanı isə, təsadüfi seçilməyib. Həkimlər bir qədər əvvəl Ebola virusuna yoluxan bu qadının daha sonra virusdan sağaldığını müşahidə ediblər. Melqar ötən gün mətbuat konfransında çıxışı zamanı digər xəstələrə də şəfa verə bilmək üçün donor kimi fəaliyyət göstərə biləcəyini deyib.

“İspaniyalı tibb bacısının mənim plazmam sayəsində sağalıb-sağalmadığını deyə bilmərəm. Lakin onun sağalması məni də sevindirir. İndiyə qədər iki dəfə qan vermişəm. Əgər mənə ehtiyacı olan varsa, yenə də başqalarının həyatını xilas etməyə hazıram” - deyə Melqar qeyd edib.

İspaniyanın səhiyyə nazirliyi qadının virusdan tamamilə azad olunduğun təsdiqləmək üçün ikinci testin də vacib olduğunu deyib.

Afrika hüdudlarından kənarda bu virusa yoluxan ilk xəstə olan Tereza Romero Afrikada Ebolaya yoluxan iki rahibin müalicəsində iştirak edərkən virusa yoluxmuşdu. Ebola virusundan artıq Qərbi Afrikada 4500-dən çox adam dünyasını dəyişib.

Ölümcül virusdan əsasən, Liberiya, Qvineya və Siera-Leone əziyyət çəkir.

Bir qədər əvvəl Nigeriyada da Eboladan ölüm halları qeydə alınmışdı. Lakin ötən gün hökumət Ebolaya qarşı mübarizədə qalib gəldiyini açıqlayıb. Məlumata görə, son 6 həftədə virusa yoluxma halı qeydə alınmayıb. Bu isə, epidemiyanın qarşısının alındığından xəbər verir.

İki gün öncə Seneqal da virusdan yaxa qurtardıqlarını elan etmişdi.






20 Oktyabr, 2014  23:15 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner